“Türkiyə prezidentinin yanındayam, dövlət çevrilişi cəhdini lənətləyirəm”

“Mən belə olduqlarını bilmirdim. Prezidentin yanındayam”.

Bunu Türkiyə futbol millisinin keçmiş üzvü Hakan Şükür Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı sosial şəbəkədə yazıb.

O, ailəsindən heç kimin FETÖ-yə bağlı olmadığını, habelə bu qruplaşmanın etdiklərindən məyus olduğunu qeyd edib, dövlət çevrilişi cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib: “Seçilmiş prezidentimizə, hökumətimizə və demokratiyamıza qarşı törədilən xain təşəbbüsü bir daha lənətləyirəm, şəhidlərimizə rəhmət diləyirəm”.

Qeyd edək ki, Hakan Şükürün Türkiyədəki daşınmaz əmlakının müsadirə edilməsi haqda sanksiya verilib, atası isə FETÖ-yə maliyyə yardımı göstərməkdə şübhəli bilinərək həbs olunub.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Gənc qızın ölümünə inanılmaz reaksiya – Nazirlik

%d bloqqer bunu bəyənir: