Advertisements
24 saat

Türkiyə polisi HDP-nin xanım həmsədrinin evində axtarış apardı

Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, Van şəhərindən deputat seçilmiş Figen Yüksəkdağın İstanbul şəhərindəki evində axtarış aparılıb.

“Report”un Türkiyə KİV-inə istinadən xəbər verir ki, axtarış İstanbul Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən bu gün səhər saatlarında MLKP silahlı qruplaşmasına yönəlik əməliyyatlar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, İstanbul Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları Sultangazi, Arnavutköy, Beyoğlu, Güngören, Başakşehir, Kartal, Eyüp, Maltepe ve Üsküdardakı 24 müxtəlif ünvanda axtarış aparıb. Xüsusi təyinatlı polis dəstəsi, çevik polis alayı və polis helikopterinin də qatıldığı əməliyyatda çoxlu sayda şübhəli saxlanılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: