Now Reading:
Türkiyə parlamentindən geri addım
Full Article 30 second read

Türkiyə parlamentindən geri addım



Türkiyədə bəzi hallarda yetkinlik yaşına çatmayanlarla cinsi əlaqəyə görə cinayət məsuliyyətinə cəlb edilməməklə bağlı qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb.

“Euronews” xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının belə bir qərara gəldiyini bildirib.

Qeyd edək ki, qanun layihəsi bütün Türkiyə ərazisində hüquq müdafiəçilərinin etirazına səbəb olub.

Xatırladaq ki, sənəddə zor tətbiq etmədən yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan, ardından nikaha girən insanları cəzalandırmamaq təklif edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: