Türkiyə ordusundan İŞİD-ə ağır zərbə – 11 ölü


Türkiyə ordusu Suriya ilə həmsərhəd Kilis şəhərinə raket zərbələri endirməyə hazırlaşan İŞİD terrorçularını zərərsizləşdirib.

Cümhuriyyət.az-ın APA TV- yə istinadən məlumatına görə, türk ordusuna məxsus T-155 “Fırtına” özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbəli yaşayış binası da Türkiyə ordusu tərəfindən vurulub. Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terroristlər məskunlaşıbmış. Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.

Paylaş:

Holland nazirin Kəmaləddin Heydərovu avtomobilindən qovduğu məlum oldu (TƏFSİLAT)

Sonrakı Yazı »

Saakaşvilidən Poroşenkoya xəbərdarlıq

%d bloqqer bunu bəyənir: