Advertisements
24 saat

Türkiyə İraq sərhədinə ordu yeritdi


Türkiyə Silahlı Qüvvələri Ankara və Çankırıda olan tankları İraq sərhədinə göndərməyə başlayıb.

Axar.az xəbər verir ki, tanklar İraqla sərhəddə yerləşən Şırnak vilayətinin Silopi rayonunda yerləşəcəklər.

Qeyd edək ki, oktyabrın 17-də İraq ordusu Mosul əməliyyatına başlayıb. Türkiyə bu əməliyyata qoşulacağını desə də, Bağdad buna izn verməyəcəyini bildirib. Hələlik Ankara Mosulun xilas edilməsi əməliyyatlarında yalnız aviasiya zərbələri endirməklə iştirak edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: