Now Reading:
Türkiyə ilə viza rejimini ləğv etmək üçün Avropa məmurları Ankaraya gəlir
Full Article 40 second read

Türkiyə ilə viza rejimini ləğv etmək üçün Avropa məmurları Ankaraya gəlir



Avropa Komissiyasının və Avropanın Xarici Siyasət Fəaliyyəti Xidmətinin ekspertləri bu həftə Türkiyəyə səfər edəcəklər. Bu barədə “Welt” qəzeti xəbər verir.

Daxili məsələlər, miqrasiya və vətəndaşlıq üzrə Avropa komissarı Dimitros Avramopulos bildirib ki, səfərin məqsədi viza rejiminin liberalizasiyasına dair Türkiyə və Avropa İttifaqı arasında mövcud sazişin həyata keçirilməsi ilə bağlı texniki məsləhətləşmələrin aparılmasıdır: “Biz hər şeyi edəcəyik ki, Avropa İttifaqı və Türkiyə arasındakı saziş tam plana uyğun işləsin. Bundan başqa, lazımi islahatların keçirilməsi üçün ehtiyac olan dəstək və ekspertizanı təqdim edirik”.

D.Avramopulos deyib ki, Avropa İttifaqı ilə viza sisteminin sadələşdirilməsi üçün Türkiyə əldə olunan razılaşmanın bütün şərtlərinə əməl etməlidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: