Advertisements
24 saat

Türkiyə ilə Suriyanın ticarət əlaqələri bərpa olunur


Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub.

24saat.org saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Hatay vilayətindən Suriyaya ixracat qarşılığında idxala icazə verilib. İznin verilməsinin ardından Cilvəgözü Sərhəd Qapısından bu gün ilk dəfə olaraq 1000 ton kartof və quru soğan Suriyaya ixrac olunub.

İki ölkə arasında ticarət əlaqələrinin bərpasına Türkiyənin Gömrük və Ticarət Nazirliyi icazə verib. Suriyadan pambıq, mərcimək, paxla kimi məhsulların idxlanın qarşılığında Türkiyədən həmin ölkəyə kartof, soğan, ixrac ediləcək.

 

Qeyd edək ki, Türkiyə ilə Suriya arasında idxal-ixrac prosesi iki ildir dayanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: