Advertisements
24 saat

Türkiyə goranboylu qızı axtarır: -Toy günü qaçdı+Fotolar

Türkiyədən çox böyük marağa səbəb olacaq müraciət daxil olub.
Müraciəti ünvanlayan şəxsin adı Səməd İlgündür. O, Samirə adlı azərbaycanlı bir qızla Türkiyədə toy etməyə hazırlaşarkən bu qızın birdən-birə yoxa çıxdığını bildirir.

Səməd deyir ki, Samirə gedərkən 3000 dollar pul, qızıl-ziynət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb:
“Dənizlinin Acıpayam Gümüş məhəlləsində yaşayıram. Türkiyədə toy mərasimində Samirə Namazova adlı qadınla tanış oldum. Qız Azərbaycanın Goranboy rayonundandır. Bir-birimizi sevdik. Nəhayət, bir müddət keçdikdən sonra evlənmək qərarına gəldik. Hər şeyi, hətta gəlinlik paltarını belə almışdım. Toya hazırlaşırdıq. Lakin toy günü Samirə birdən-birə yoxa çıxdı. Gedərkən 3 min dollar pul, aldığımız qızıl-ziynət əşyalarını və gəlinlik paltarını da özü ilə aparıb”.
 
Səməd qızın tapılması üçün bizdən kömək istəyib:
“Xahiş edirəm, o qızı tapmaqda mənə köməklik göstərin. Bildiyimə görə, Azərbaycanda gözəllik salonu işlədir. Anasının adı Hicrandır. Nənəsi isə Türkiyədə yaşayır”.(Femida.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: