Advertisements
24 saat

Türkiyə Futbol Federasiyası Hakan Şükürü “sildi”


Türkiyə Futbol Federasiyası haqqında həbs qərarı çıxarılan millinin sabiq futbolçusu Hakan Şükür barədə gözlənilməz qərar verib.

Qol.az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, onun şəkli milli komandada oynamış bütün oyunçuların yer aldığı Futbolçular Muzeyindən çıxarılıb.

Qeyd edək ki, bundan öncə “Qalatasaray” klubu da milli komandada oynamış futbolçularının şəkilləri sırasından Hakan Şükürün şəklini çıxarmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə məhkəməsi Hakan Şükürü FETÖ terror təşkilatına maliyyə yardımı göstərməkdə təqsirli bilərək onun və atasının barəsində həbs-qəti imkan tədbiri seçib. Hakan Şükür ABŞ-da yaşadığından onu həbs etmək mümkün olmayıb. Atası isə bir neçə gün Türkiyədə tutularaq istintaqa təhvil verilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: