24 saat

Türkiyə Ermənistanla sərhəddə divar tikir


Türkiyə Ermənistanla sərhəddə beton divar tikmək niyyətindədir.  

Bu barədə “Ermenihaber.am” saytı Türkiyə mediasına istinadən məlumat yayıb. Mənbə qeyd edir ki, Türkiyənin Müdafiə və Maliyyə nazirlikləri Ərdəhan, Qars və İqdır şəhərləri ilə Ermənistan arasında beton divar ucaltmağı planlaşdırır.

Sonrakı mərhələdə Türkiyənin İranla sərhədində də divar inşa etmək planının olduğu bildirilir. Hələlik birinci mərhələdə Türkiyə terrorçuların və qaçqın axının qarşısını almaq üçün Suriya ilə 910 km sərhəddə  beton divar tikməyə hazırlaşır.

Türkiyənin qonşu dövlətlərlə, o cümlədən Ermənistanla ayırıcı beton sərhəd yaratmaq istəyi  terrorizmdən müdafiə və sərhədin qeyri-qanuni  pozulması hallarının qarşısını almaq məqsədi daşıyır.

 

 

cebhe.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: