Türkiyə Azərbaycana yeni səfir göndərir


Türkiyə bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişdirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, yeni böyükelçilər qərarnaməsinə əsasən, dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var. Hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub. E. Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı (aparat rəhbəri) Meral Barlaş isə Argentinaya səfir göndərilib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Prezident sərəncam imzaladı

%d bloqqer bunu bəyənir: