Türkiyə Avropa ölkələrini PKK-nın nümayəndəliklərini bağlamağa çağırdı | 24 saat

Türkiyə Avropa ölkələrini PKK-nın nümayəndəliklərini bağlamağa çağırdı

Türkiyə terrorçu təşkilatların Avropada açılan nümayəndəliklərini bağlamağa çağırıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu haqda Türkiyə Təhlükəsizlik Şurasının qəbul etdiyi bəyanatda vurğulanıb.

Sənəddə bildirilib ki, belə addım dostluq və mütəffiqliklə bir araya sığmır: “Terrorçu “PYD” və “YPG”-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – “Report”) Çexiya, İsveç, Almaniya və Fransada nümayəndəliklərinin açılması onların qanunlara qarşı fəaliyyətinə təkan verib. Bu, dostluq və müttəfiqlik münasibətlərinə ziddir. Türkiyə həmin nümayəndəliklərin açılması ilə bağlı qərara yenidən baxılmasını gözləyir”.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik

%d bloqqer bunu bəyənir: