Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türk yazar Lənkəranskidən nələr yazdı?

Türkiyənni aparıcı “Doğan” Xəbər Agentliyinin əməkdaşı Əli Qan Rövşən Lənkəranskinin qətlindən yazıb.

24saat.org xəbər verir ki, jurnalist təccübünü gizlətməyib: “Mafiya babası olacaqsan və cənazəni 25 min adam hava limanında qarşılayacaq. Və Allahu-Əkbər sədaları altında hamısı cənazəni daşımağa başlayacaq. Deməli, nə qədər məzluma əl uzatmış bir adamdır, rəhmətlik Rövşən.
Məmləkəti olan Lənkərana azərbaycanlı iş adamı Mübariz bəyin özəl təyyarəsi ilə gətirildi. Hava limanında da 25 minə yaxın adam qarşıladı. Məkanı cənnət olsun”.
Ə.Qan bildirib ki, Lənkəranski Rusiyada meyvə bazarlarında azərbaycanlı ticarətçilərə hücum edən rus mafiyasına əngəl olurmuş: “Öz vətəndaşlarını qoruyurmuş. Demək ki, bir çox insanın əlindən tutub. Bu qədər insan tərəfindən sevilmək asan iş deyil.

Allah Rəhmət eləsin”.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

AXP Faiq Əmirlinin həbsiylə bağlı bəyanat verdi

%d bloqqer bunu bəyənir: