Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türk tankları ABŞ raketləri ilə vurulub”

Qabil Hüseynli: “Bu silahları YPG-yə Amerika verib”

Türk ordusuna məxsus iki tankın Suriyada həyata keçirilən anti-terror əməliyyatları gedişində YPG-PYD qüvvələri tərəfindən vurulması həm Türkiyə, həm də Azərbaycanda ciddi narahatlığa səbəb olub. Məsələ ilə bağlı 24saat.news-a açıqlama verən politoloq Qabil Hüseynli baş verən olayla bağlı maraqlı fikirlər səsləndirib. Ekspertin bildirdiyinə görə, sözügedən tanklar məhz ABŞ-ın YPG-yə verdiyi raketlərlə vurulub:

“Kürd silahlıların vurduğu iki tankın ikisi də ABŞ-ın YPG-yə verdiyi silahlarla vurulub. Bu silahları YPG-yə Amerika verib və onların bu günə qədər bölgədə həyata keçirdiyi əməliyyatlar bu silahlar vasitəsi ilə reallaşıb. ABŞ-ın öz strateji müttəfiqi Türkiyəni bir kənara qoyub YPG-ni dəstəkləməsi xeyli dərəcədə təəccüblü və düşündürücüdür.

Vəziyyət həqiqətən də mürəkkəb və risklidir. Amma buna baxmayaraq, Türkiyənin sərhədləri boyu yeni bir kürd təhlükəsi meydna çıxdığı üçün rəsmi Ankara bu məsələdə axıra qədər gedəcək. Hesab edirəm ki, nə ABŞ-ın tutduğu mövqe, nə türk ordusuna göstərilən silahlı müqavimət bu təhlükənin aradan qaldırılmasında Türkiyəyə mane olmayacaq”.

 

Seymur Əliyev

 

 

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

MTRŞ sədri ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

%d bloqqer bunu bəyənir: