Türk ordusundan həmlə: 13 terrorçu məhv edildi

Dünən Türkiyənin Hərbi Hava Qüvvələri Siirt vilayətindəki PKK terror təşkilatı üzvlərinə aviazərbələr endirib.

 Türkiyə mətbuatı xəbər verir ki, hücum nəticəsində 13 terrorçu məhv edilib.
Qeyd edək ki, bundan öncə Türkiyə ordusu Hakkari və Şırnakda PKK-ya qarşı əməliyyat keçirib. Həmin əməliyyat nəticəsində 30 PKK üzvü məhv edilib.
Dünən bəyanat yayan PKK Türkiyəni təhdid edib. Terror təşkilatı bundan sonra ölkənin cənub-şərqində sabitliyin olmayacağını bəyan edib. (Axar.az)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

3 general, 6 admiral PKK-ya sığındı -FETÖ-çu rəzaləti

%d bloqqer bunu bəyənir: