Advertisements
24 saat

Türk mətbuatı son dəqiqə xəbəri ilə bildirdi – PKK-NİN YÜKSƏK SƏLAHİYYƏTLİSİ VURULDU


Anadolu Agentliyi hazırda “son dəqiqə” xəbəri ilə bildirib ki, terror təşkilatı PKK-nın KCK sahə təşkilatlanması çərçivəsində yaratdığı HPGNİN “şimal dairə başqanı” “Sabri Başqa” kod adlı terrorçu Fəth Şarlatan Mətnə bölgəsinə təşkil olunan əməliyyatda ağır yaralanıb.
Türkiyə hərbi mənbələrindən alınan məlumata görə 28 Mayda İraqın şimalındakı Mətinə bölgəsində aparılan əməliyyatda polisin “axtarılan terrorçular” səhifəsinin qırmızı siyahıda olan separatçı terror təşkilatının başçılarından sayılan Şarlatan hədəf alınıb. İddiaya görə, əməliyyatda ağır yaralanan Şarlatan, bölgədəki xəstəxanaya aparılıb. Türkiyə təhlükəsizlik xidməyinin əməkdaşları yaralı terrorçunu xəstəxanada də izləməyə davam edib.

AGENTLİYİNİN məlumatına görə, səhəttinin ağır olması səbəbindən separatçı terror təşkilatı mənsublarının xəstəxananı daim dəyişməsindən sonra Şarlatanın aparıldığı son xəstəxanadan çıxmaması, onun ölmüş olma ehtimalını gündəmə gətirib.

Son 3 ildə xüsusilə Cənub-şərqi Anadoludakı vilayət və rayonlarda səngər və barrikadaların hazırlanması, kustar partlayıcıların hazırlanması və istifadə olunması, bölgəyə silah, avadanlıq və sursatın ötürülməsinin planlaşdırmasını həyata keçirən Şarlatana qarşı uğurlu əməliyyat, təşkilat üzvləri arasında qorxu yaradıb.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: