Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türk jurnalist çevriliş planın tükürpədici həqiqətlərini üzə çıxardı – TƏRCÜMƏ

24saat.org saytı “Hürriyyet”in yaydığı Abdulkadir Selvinin qələmə aldığı“MİT darbeyi haber vermedi mi?” başlıqlı yazının tərcüməsini təqdim edir. Yazıda sayın Selvi Türkiyədə yaşanan çevrilişə cəhdin ən incə məqamlarına işıq salır.

“Prezidenti Ərdoğanın israrla,” Təhlükə hələ SOVUŞMADI, meydanları tərk etməyin” deyə çağırış etməsinin səbəbi aydın oldu.”,
17 İyul bazar gününü 18 İyul bazar ertəsinə bağlayan gecə iki vertolyot havalandı. Mərmərədə meşəlik sahəyə doğru uçan iki vertolyotun haradan qalxdığı təsbit edilə bilmədi. Amma nə məqsədlə uçduğu aydın oldu. Vertolyotlar qısa bir müddət sonra naməlum bir nöqtəyə enərək “yox oldu”.
İki vertolyotun prezident Ərdoğana basqın üçün gedən amma müvəffəqiyyət qazana bilmədən meşəlik sahəyə qaçan 25 nəfərlik xüsusi birliyi qurtarmaq üçün havalandığı ortaya çıxıb. Hələ bu iki vertolyot və meşədə saxlanan 25 nəfər ələ keçirilməyib.
Çevrilişə cəhd olunan gecə 80 nəfərlik xüsusi qrup 3 vertolyotla prezidentinin olduğu Marmarisdəki “Grand Yazıcı Otel”ə enib. Sui-qəsd üçün nəzərdə tutulam MP-5 silahına sahib xüsusi komandanın şifrəsi “Ərdoğan eks” olub. Yəni Ərdoğanın canlı olaraq ələ keçirilməsindən daha çox, onun öldürülməsi planlaşdırılıb. Prezidentinin Baş yavəri Ali Yazıcı həmin gecə kritik bir rol oynayır. O, israrla Ərdoğanın təyyarəsinin Dalaman Aerodromda uçuş kodunu istəyir. Prezident Ərdoğan I Ordu Komandanının “Ankaraya getməyin, İstanbula gəlin, mən sizi qoruyaram” sözündən sonra İstanbula doğru hərəkət edir.
Uğursuz çevrilişin lideri olan sabiq Hava Qüvvətləri Komandanı Akın Öztürk görünür. Zərbəni planlaşdıran isə sabiq Baş Qərargah Ədliyyə müşaviri Məhərrəm Kosa. Xuntaçıların cəmiyyətdə edəcəkləri atamalara bağlı 450 nəfərlik bir siyahı hazırlanmışdı. Bunların arasında hərbi vəziyyət komandanları, nazir köməşkiləri, TRT rəhbərliyi kimi vəzifələr var. Siyahıda Kastamonu Jandarma Region Komandiri Tuğgeneral (polkovnik və general-mayor arsında rütbə) Faruk Bal daxili işlər nazirliyi müşaviri olaraq göstərilib. 450 nəfərlik siyahıda olan şəxslərə vəzifələri 1 həftə əvvəldən bildirilib.
Çevriliş tarixiylə əlaqədar kritik məqamlar var. Ən əhəmiyyətlisi budur ki, çevriliş ilk olaraq 4 May 2016 tarixinə planlanmışdı. Ancaq Məhərrəm Kosanın ani bir əməliyyatla Baş qərargah ədliyyə müşavirliyi vəzifəsindən çıxarılması ilə plan pozulub və 25 iyul tarixinə dəyişdirilib. Diqqət edin, 15 iyul deyil, 25 İyul. Ancaq İstanbul prokurorluğunun Camaatla əlaqəli əsgərlərlə bağlı əməliyyat başlayacağı xəbərləri sızınca, plan önə çəkilib.
Planla bağlı hər kəsin beynində cavablandırılması gözlənilən o qədər çox sual var ki, bunlardan biri də çevrilişə cəhdin niyə axşam saatlarda başlamış olmasıdır. Çevrilişin başlama saatı olaraq Ankarada gecə 02.00, İstanbulda isə 03.00 olaraq planlanmışdı. Ancaq Jandarma Baş Komandanı saat 15 radələrində nələrdənsə şübhələnir. Daxili İşlər Nazirliyinin yaxınlığındakı mövqeyindən çıxıb “Beştepe”dəki Jandarma Baş Komandanlığına getmək istəyərkən xunta tərəfindən zərərsizləşdirilir. Bundan sonra çevrilişin mərkəzi kimi Jandarma Baş Komandanlığı seçilir. Xuntaçılar Jandarmada ilk olaraq Baş qərargahla qüvvət komandanlıqları arasındakı ortaq tezliyi bağlayırlar. Öz aralarında isə Jandarma xəttindən, amma şifrəli olaraq xəbərləşirlər.
Bütün bunlar olarkən MİT (Milli İstihbarat Təşkilatı) nə etdi? Çevriliş kəşfiyyatını ala bilmədimı? MİT yatdımı? Bu sualların arxasına düşdüm. Kəşfiyyat qaynaqlarından əldə etdiyim məlumatlar 15 İyul gecəsindən bu yana çevrilişə təşəbbüslə əlaqədar bilinənləri alt-üst edəcək gücdədir. Buda dəqiqəbədəqiqə yaşananlar:
MİT 15 İyul cümə günü saat 16.00 -da çevriliş olacağı barədə məlumat əldə edir.
16.30- MİT başçısının köməkçisi Hakan Fidan Baş qərargah rəisi Orgeneral Hulusi Akarı TSK-da baş verəcək çevrilişdən xəbərdar edir.
17.30- MİT başçısının köməkçisinin müavini Baş qərargaha gedərək II Başçısı Orgeneral Yaşar Gülərə çevriliş planı haqqında məlumat verir.
18.00- Məsələnin ciddiliyini nəzərə alan Hakan Fidan Baş qərargaha gedir. Orgeneral Hulusi Akar, Quru qüvvətləri Komandanı Orgeneral Saleh Zeki Çolak, Baş qərargah İkinci Başqanı Orgeneral Yaşar Gülər və MİT başçısının köməkçisi Hakan Fidan Baş qərargahdaçevrilişin qarşısını almaq məqsədiylə hansı tədbirlərin görüləcəyini müzakirə edirlər.
18.30- Baş qərargah rəisi Orgeneral Hulusi Akarın imzasıyla bu təlimatlar verilir:
1- Bütün ölkə üzrəhava sahəsi uçuşlara bağlansın.
2- Hərbi təyyarələr heç bir şəkildə havalanmayacaq.
3- Birliklərin hərəkətlilikləri qadağan edilmişdir.
4- Tank hərəkətliliyi qadağan edilmişdir.
Yenə çevrilişin qarşısını almaq məqsədi ilə Baş qərargah rəisi “çevrilişin güc mərkəzi olan “Kara Aviasiya Okulu”na nəzarəti gücləndirmək üçün” Quru qüvvətləri Komandanı Orgeneral Saleh Zeki Çolaka tapşırılır.
Bütün bu göstərişlərə baxmayaraq, çevrilişin qarşısı niyə alına bilmir: TSKda aparılan araşdırmada məlum olur ki, çevrilişə cəhd edən “Paralel dövlətin” tərəfdarları bu təlimatların birliklərə çatdırılmasın qarşısını almağa müəssər olublar.
Bundan əlavə, planın deşifrə olduğunu görərək, gecə 03.00-də başlaması planlaşdırılan çevrilişi önə çəkib 21.00-da başladırlar. Beləliklə plan Türkiyə vaxtı ilə 22.00-da deyil, 21.00-də başlayır. Çünki saat 21.00-da Baş qərargah rəisi, İkinci Başçı və Quru qüvvətləri Komandanı xuntaçılar tərəfindən zərərsizləşdirilir. Çevrilişlə bağlı bütün kəşfiyyat məlumatlarının əldə edilməsinə və müzakirələr aparılmasına baxmayaraq çevriliş planı önlənə bilmir və Baş qərargah rəisi ilə qüvvət komandanları ələ keçirilə bilirsə, çox dəhşətli bir vəziyyət var demək.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

WikiLeaks AKP-yə gələn 294 mindən çox emaili yaydı – ÖZƏL

%d bloqqer bunu bəyənir: