“Türk generallarının PKK-ya sığındığına inanmıram”


Qabil Hüseynli: “Bu, zabit şərəfinə ziddir”

Bəzi mətbuat orqanlarında qiyamçı generallardan üçünün PKK-ya sığındığı ilə bağlı informasiyalar yer almaqdadır.

Maraqlıdır, əgər deyilənlər doğrudursa, o zaman bu, Türkiyənin PKK-ya qarşı apardığı mübarizəni çətinləşdirə, bu mübarizəyə zərbə vura bilərmi?

Bununla balı Moderetor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu informasiyanın səhihliyinə inanmadığını vurğuladı:

“Türk generallarının PKK-ya sığındığna inamıram. Inanmıram ki, milli mənşəcə türk olan hər hansı bir general PKK-ya sığınsın. Bu, zabit şərəfi anlayışına ziddir. Ola bilsin ki, bu generallar kürd mənşəli olub. Yaxud kürdlərlə qohumluq əlaqəsi olan şəxslər olub. Habelə, unutmaq olmaz ki, faktlar yoxlanılmayıb. Ola bilsin ki, bu, sadəcə dezinformasiyadır. Lakin əgər deyilənlər hqiqətdirsə və 3 general PKK-ya sığınbsa, o zaman bu, Türkiyənin PKK-ya qarşı mübarizəsinə böyük zərər verə bilər”.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Etibar Məmmədov Türkiyədəki hadisələr BARƏDƏ: “Yaşlar da yanacaq”

%d bloqqer bunu bəyənir: