Now Reading:
Türk diplomatı Rusiyaya qaçdı
Full Article 30 second read

Türk diplomatı Rusiyaya qaçdı



Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb. 24saat.orgun xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qaçan diplomatın adı hələ ki, dəqiq açıqlanmır. Məlumata görə, Banqladeşdən qaçan həmin diplomat dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinir.

 

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunan və Yunanıstanda Silahlı Qüvvələrinin hərbi attaşesi olmuş İlhan Yaşıtlı  və Hərbi Dəniz Qüvvələrinin attaşesi olan Halis Tunc avqustun 6-da ailələri ilə birlikdə İtaliyaya qaçıblar.

 

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: