Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türk axını” dirilsə Azərbaycanın maraqlarına zərbə vuracaqmı…

“The Wall Street Journal” qəzeti  Türkiyə-Rusiya yaxınlaşmasının Azərbaycan üçün “pis xəbər” olması haqda yazır. Məqalədə deyilir ki, prezdentlər Ərdoğanla Putinin Sankt-Peterburqda keçirilən görüşündə Rusiya və Türkiyənin aralarındakı qaz kəməri layihələrini yenidən canlandırmaq niyyətlərini elan etməsi Avropanın Rusiyanın qaz asılılığından azad olmaq səylərini heçə endirə bilər.

Belə ki, Avropa İttifaqı Rusiya qazından məhz Azərbaycandan nəql olunacaq qazın hesabına xilas olmağı planlaşdırır. Prezidentlər Putin və Ərdoğan Sankt Peterburqda keçirilən görüşdə  ”Türk axını” adı ilə tanınan layihəni yenidən canlandırmaq niyyətlərini bəyan ediblər. Bu layihə üzrə tikilməli olan kəmər Sibir qazını Qara Qara dənizin dibi ilə Türkiyəyə nəql etməlidir.

Qəzet xatırladır ki, bu layihə, Türkiyə ötən noyabrda Rusiya hərbi təyyarəsini vurub saldıqdan sonra dayandırılmışdı. Məqalədə deyilir ki, layihə gerçəkləşərsə, yeni kəmər Türkiyəyə onun ehtiyacı olduğundan artıq həcmdə qaz gətirəcək.Bu isə Türkiyəni Avropaya gedən qaz kəmərləri üçün qovşaq kimi möhkəmləndirəcək.

Məqalədə deyildiyinə görə, bu, Azərbaycana zərbə ola bilər: “Çünki Prezident İlham Əliyev öz ölkəsini əsas qaz ixracatçısına çevirmək niyyətini bəyan etmişdi”.

Ölkə tükənməkdə olan neft gəlirlərinin yerini qaz gəlirləri ilə doldurmağa ümid edir. Məqalədə deyilir ki, Azərbaycan və Avropa rəsmiləri Azərbaycan qazını Xəzərdən Yunanıstan və İtaliyaya nəql etməli olan 3540 kilometrlik qaz kəməri layihəsinə böyük ümidlər bağlayırlar.

Ötən may ayında Avropa Komissiyasının vise-prezidenti Maros Sefcovic bu kəməri “Avropanın enerji mənbələrinin şaxaləndirilməsi məqsədləri üçün həyatu dəhliz” adlandırmışdı.

ABŞ Dövlət Departamenti 2013-cü ildə layihəni “qlobal enerji təhlükəsizliyinə mühüm töhfə” kimi dəyərləndirmişdi.

Qəzet yazır ki, cənub dəhlizi ilə qazın Avropaya nəqlinə 2019-cu ilin sonlarında başlanacağı gözlənilir, lakin “Türk axını”nıneyni ildə bazara gəlişi cənub dəhlizinin tutumunun genişləndirilməsini kommersiya baxımından mənasız edə bilər.

Məqalədə bildirilir ki, Azərbaycanın enerji rəsmiləri bu barədə şərh verməkdən boyun qaçırıblar. Məqalədə deyilir ki, son onillikdə Azərbaycanın qaz hasilatı iki dəfə artsa da, neft qiymətlərinin kəskin enişi ölkənin gəlirlərini azaldıb.

Bu da qeyd edilir ki, Azərbaycanın qaz yataqları dənizdə olduğundan onların işlənməsi və qazın hasilatı çətin və baha başa gəlir.

Wood Mackenzie’s firmasında Xəzər tədqiqatları üzrə ekspert Samuel Lussac deyib ki, neft qiymətlərinin yaratdığı hazırkı mühitdə qazdan kommersiya gəliri götürmək daha çətin olacaq.

Məqalədə deyilir ki, Azərbaycanın özünün də qaza olan ehtiyacı artmaqda davam edir.Qəzet xatırladır ki, Rusiya Azərbaycanın qaz ixracı sahəsində rəqibliyinə ciddi baxmırdı.Bir neçə il əvvəl Gazprom şirkətinin sədr müavini Aleksandr Medvedev investoralar qarşısında rişxənd edərək demişdi: “Azərbaycanın qazı Avropada yalnız barbekyü bişirməyə çatar”.(“Azadlıq” radiosunun xülasəsi)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Konstitusiya dəyişikliyi hakimiyyəti möhkəndirməyəcək”

%d bloqqer bunu bəyənir: