Loading...
Loading...
quba-rixos

Turizim sektorunun bərbad durumu – MÜŞTƏRİLƏR ÜSYAN EDİR

“Rixos” oteldə rəzalətdən nazirə: “Liftin tutacağında asılmış…”

Qubada yerləşən məşhur “Rixos” otelindən böyük narazılıqlar var. Otelin xidmət səviyyəsi, yeməklərin keyfiyyəti və adekvat olmayan qiymətdən şikayətlər artır.

Artıq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciətlər ünvanlanır. Bildirilir ki, otel populyarlıq qazanıb və hər zaman qonaqları var. Xüsusilə, bu ilə ərəb turistlərin axını “Rixos”a böyük pullar qazandırıb. Di gəl ki, xidmət səviyyəsi fəlakət və rəzalətdir.

24saat.org xəbər verir ki, Cavad Cavadov adlı müştəri otelə qarşılaşdığı mənzərə haqda yazıb. O, Feysbukda yazdığı şikayətində otelin bərbad olduğunu bildirib: “Quba Rixos hoteli heç 5 ulduzlu deyil. Çünki xidmət səviyyəsi sıfırdır. Qonağa doğru-düzgün xidmət göstərmirlər.

Üstəlik, aldadırlar. Telefonda 119 manat deyilmişdi, ora çatanda 139 manat oldu. Ondan sonrakı dərdi deməyə dəyməz. Liftin tutacağında ərəblərin asdığı dəsmalın elə də qalması ayrı iyrənclik idi”.

Neman Fətəliyev adı müştəri “Rixos” oteli fəlakət adlandırıb: “Yemək keyfiyyəti aşağıdır, çeşid azdır. Personal işini bacarmır, ofisianta sifariş verirsən ya gəlmir, ya səhv sifariş gətirir. Qonaqların sayını nəzərə ala bilmirlər. Ayaqüstə gözləyirsən, duran olanda oturursan. Yeni otel olmasına baxmayaraq tökülüb dağılır”.
24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Köhnə avtomobillərə taksi qadağası

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: