24 saat

TRT dövlət çevrilişi cəhdinin bəyanatını oxuyan aparıcısı barədə açıqlama yayıb


Türkiyənin TRT telekanalının aparıcısı Tijen Karaşın saxlanılması haqqında yayılan məlumat həqiqətəuyğun deyil.

Bu barədə TRT açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində avqustun 11-də TRT-nin 42 əməkdaşı saxlanılıb: “İnternet saytları və sosial şəbəkələrdə telekanalın aparıcısı Tijen Karaşın tutulması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Aparıcımız vəzifəsini davam etdirir”.

Məlumata əsasən, iyulun 15-də FETÖ-çuların bəyanatı Tijen Karaşa təzyiq altında oxutdurulub.

report.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: