Loading...
Loading...
1478768371

“Trampın qələbəsi sarsıtdı, çaşdırdı…” – Nyu York Tayms

Dünya mediası ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsindən, Respublikaçıların namizədi Donald Trampın qələbəsindən yazır.

“Nyu York Tayms” qəzeti Trampın qələbəsinin səbəblərini araşdırıb.

Məqalədə cəmi 66 milyon dollar büdcə ilə seçkiləri qalib başa vurmaq möcüzə adlandırılıb:

“Donald Trampı seçməklə ABŞ xalqı cilovu öz kampaniyasını dövlətə etimadsızlıq əsasında quran, bütün siyasətçiləri işdən qovacağını deyən adama verdi. Xalqın arzuları kimi qəzəbini də yönləndirəcəyinə söz verən, dəyişiklik deyil, vurub-yıxmağı vəd edən şəxsi prezident seçdi.

Trampın prezidentliyinin sonuclarını ehtimal etmək çətindir. Çünki Klintona qarşı kampaniyası dövründə bu adamın siyasətindən çox şəxsiyyəti diqqət çəkirdi. Dedikləri isə minlərlə adamın küçələrə, etiraz aksiyalarına çıxmasına səbəb olurdu.

Amma Tramp ABŞ-ın “Böyük tənəzzül”dən əziyyət çəkmiş kənd icmaları və ağdərili işçi qüvvəsinin rəğbətini qazana bilib. Onun seçilməsi məhz bu zümrə arasında çoxdan uduzulan yarışda qazanılmış qələbə kimi qarşılandı. Tramp bu kütlənin iş yerlərinin azalması və miqrantların axınıyla bağlı narahatlığını anladı – o da bu insanlar kimi liberal mətbuata nifrət etdi, heç bir siyasətçiyə bənzəmədi. Həqiqəti söyləməyə, qaydaları yenidən yazmağa və yoluna çıxanları hətta təhqir etməyə hazır görünən maqnatın seçilməsi özünü hər şeydən kənarda hiss edən kütlənin üsyanı oldu.

Trampın qələbəsi sarsıtdı, çaşdırdı, eyni zamanda sanki Obama siyasətinə ittiham hökmü oxudu.

Siyasətçilər, iqtisadçılar, hərbçi və diplomatların əksəriyyəti Trampın verdiyi vədlərin yerinə yetirilməsini mümkünsüz sayır. Məsələn, onun müsəlmanların ABŞ-a buraxılmamasıyla bağlı təklifi Vaşinqtondakı demokratları da, respublikaçıları da yerindən oynadıb. Onun Meksika hökumətini sərhəddə divar çəkməyə məcbur edə biləcəyinə çox az adam inanır. İraq və Suriyada İŞİD-i bombalamağın da qəzəbli nitqdən artıq bir şey olub-olmamağını isə bircə Tramp bilir.

Xalqın Trampın planlarına xeyir-dua verib-vermədiyini göstərən faktlar da qarışıqdır. Bir tərəfdən, seçicilər Respublikaçıların çoxunun Senatda qalmasına razılıq veriblər. Digər tərəfdən, sorğular miqrant məsələsinin seçicilərdən ötrü bir o qədər əhəmiyyətli olmadığını göstərib. Sorğularda iştirak edənlərin yarısı Trampın Meksika ilə sərhədə divar çəkdirməyinin əleyhinə olduğunu söyləyib”.

Məqalədə Klintonun uduzmasının FTB ilə əlaqəli olduğu yazılıb. İddiaya görə, elektron poçt qalmaqalı qəsdən gündəmə gətirilib:

“Federal Təhqiqatlar Bürosunun (FTB) seçkiyə cəmi 11 gün qalmış Klintonun gizli məlumatları şəxsi elektron poçtundan paylaşması barədə açıqlaması Demokratların kampaniyasına çox böyük zərbə oldu. Düzdür, FTB direktoru səsverməyə 2 gün qalmış işi bağladı, Klintonu təmizə çıxardı. Ancaq artıq gec idi. Erkən seçkilərə qatılan 24 milyona yaxın adam seçimini etmişdi. Bu isə prezidentlik üçün çox böyük rəqəmdir…”

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Trampın qələbəsi varlılara 41 milyard dollar ziyan vurub

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: