Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tramp Türkiyədəki çevrilişə cəhd barədə bunları dedi…

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Türkiyədə dövlət çevrilişinə cəhddən danışıb.

 

24saat.org  “The New York Times”a istinadla xəbər verir ki, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çevrilişi yatırtmaq üçün atdığı addımları yüksək qiymətləndirdiyini deyin.

 

“Mən bu addımı yüksək dəyərləndirirəm. Bəzi insanlar deyirlər ki, çevriliş cəhdi Türkiyə hakimiyyətinin öz planıdır. Amma mən belə düşünmürəm”,-deyə Tramp bildirib.

O, ABŞ-ın Türkiyə liderindən ədalət və vətəndaş azadlıqlarının Qərb standartlarını tələb etməsinin düzgün olmadığını da vurğulayıb.

Trampın sözlərinə görə, şəxsən özü prezident olsa, Türkiyənin siyasi rəqiblərə qarşı münasibətinə görə, qeyd-şərtsiz tələblər irəli sürməyəcək.

 

“ABŞ başqa ölkələrin davranışını dəyişdirməyə çalışmağa başlamazdan əvvəl, özünün şəxsi problemlərini anlamalıdır”,-deyə Tramp söyləyib.

 

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ərdoğanı çevrilişlə bağlı məlumatlandıran şəxs budur – FOTO

%d bloqqer bunu bəyənir: