24 saat

Tramp Putini təriflədi


ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiyanın nüvə arsenalı haqqında müsbət fikirlər söyləyib və Rusiya prezidenti Vladimir Putini tərifləyib.

Musavat.com xarici xəbər agentliklərinə istinadən bildirir ki, Tramp bu açıqlamanı Atlantadakı seçkiqabağı mitinqdində söyləyib.

“Düzünü desək, Putin günü-gündən Rusiya ordusunu gücləndirir. İndi Rusiya ordusu daha güclüdür. Ruslar atom silahına kökləniblər, biz isə heç nə etmirik. Bizim nüvə arsenalımız artıq köhnəlib, onlarınkı isə superdir. Biz ehtiyatlı olmalıyıq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Rusiya prezidenti də Tramp haqqında xoş sözlər söyləyib və onu parlaq və istedadlı şəxs adlanıdırıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: