Loading...

Tramp NATO-nun vacibliyini vurğulayıb

Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə ilk telefon danışığını həyata keçirib.
Baş katiblə telefon danışığı zamanı ABŞ-ın yeni prezidenti NATO-nun yerinə yetirdiyi və yetirməyə davam edəcəyi məqsəd və vəzifələrin vacibliyini vurğulayıb. Tramp və Stoltenberqin hər ikisi razılaşıb ki, alyansın ehtiyacları üçün müəyyən edilən hərbi xərclər təşkilata üzv ölkələr arasında daha ədalətli bölüşdürülməlidir.
“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla yaxşı söhbətimiz baş tutdu. Hər ikimiz vurğuladıq ki, NATO və müdafiə xərclərinin artırılması böyük əhəmiyyətə malikdir”, – Stoltenberq öz tvitter hesabında yazıb.
NATO-nun pres-relizində deyilir ki, Tramp və Stoltenberq həmçinin alyansın təhlükəsiz sferasındakı yeni şəraitə necə adaptasiya olduğunu və terror təhdidinə qarşı fəaliyyət planını müzakirə edib.

Azadliq.info

Loading...
Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

11 Sentyabrı alqışlayan ABŞ dahisi – Fişer

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: