Tramp Cavid Qurbanovun planlarını necə alt-üst etdi? – Təfərrüat


ABŞ-da Donald Trampın prezident seçilməsi Bakıda Məmmədovlar ailəsinə toy-bayrama səbəb olub. Bu barədə artıq media yazır, ekspertlər və siyasətçilər mülahizələrini irəli sürür.

Ümumi ictimai rəy ondan ibarətdir ki, Trampın qələbəsi nəqliyyat naziri Ziya Məmmədovun və oğlu Anarın hakimiyyətdə yüksəlişinə gətirib çıxaracaq.

Son illərdə qürub etmiş və süquta uğramış məmmədovlar üçün yeni tramplin yaranacağı şansı var. Amma bu ailənin dirçəlişinə qəfil imkan yaranması bəzi qüvvələr şübhəsiz ki, narahat etməyə bilməzdi.

24saat.orgun apardığı araşdırma zamanı məlum olub ki, Trampın qalib gəlməsindən ən çox kədərlənən “Azərbaycan Dəmir Yolları” QSC rəhbəri, deputat Cavid Qurbanovdur.

Baş dəmiryolçu nəqliyyat nazirini məğlub edərək az qala triumfa çatdığı mərhələdə gözlənilməz hadisə baş verir. Trampın seçilməsi C.Qurbanovun bütün planlarının üstündən xətt çəkir.

Məmmədov üzərində qələbəni qeyd edərkən Qurbanovun taktikası pozulur. O, çoxları kimi gözləmirdi ki, Tramp qələbə çala və nazir oğlu Anar Məmmədovla dostluğu bu ailənin iqtidardakı dayaqlarının güclənməsinə təkan verə.

Qurbanov baş vermiş fors-major vəzyyətdə olduqca narahat və gərgindir. Hazırda onun Məmmədovların yenidən yüksəlişinə tamaşa edəcəyi gözlənilir.

Hətta nazir müavini, sələfi Arif Əsgərovla olan intriqası da onun əleyhinə işləyə bilər. Düzdür, C.Qurbanovun söykəndiyi siyasi qanada da kifayət qədər güclüdür.

24saat.org xəbər verir ki, məsələ hakimiyyətdə kimin dayaqlarının güclü olub-olmaması deyil, məhz Qurbanovla Məmmədovun çəkişməsindən kimin qalib ayrılması idi.

O baxımdan baş dəmiryolçu nazirə qalib gəlmişdi. Əvvəlcə Azəryolservis ASC (indiki Azəravtoyol) nazirliyin tabeliyindən çıxaraq müstəqilləşdi.

Sonra C.Qurbanov öz kadrı olan Saleh Məmmədovu rəhbər gətirdi, ardınca özü QSC rəhbəri oldu və sələfini korrupsiyada ittiham etdi. Ümumilikdə, nazir haqda da ürəkdolusu müsbət çıxışlar etmirdi. İndisə siyasi situasiya çox dəyişib.

Görünən budur ki, cənab Qurbanov bükə bilmədiyi əli yenidən öpməyə məcbur olacaq!

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Bakıda məşhur şirkətdə qadınları yarıçılpaq gizli kameraya çəkirlər- Şok görüntülər

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: