Loading...
Loading...

Tramp Əsədə söz verdi: “Prezident seçilsəm…”

Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddiaçı Donald Tramp qələbə qazanacağı halda Amerika qoşunlarını Suriya və İraqa göndərməyəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu haqda MSNBC telekanalının efirində deyib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədlə deyil, “İslam dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, Suriya və İraqda İŞİD-ə hava zərbələri endirən ABŞ eyni zamanda Bəşər Əsəd rejimini qeyri-legitim hesab edir. ABŞ Əsədin istefasında və onun iştirakı olmadan Suriyanın yeni hökumətinin formalaşdırılmasında təkid edir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Rusiyadan Ermənistana silah daşınması başlayıb

%d bloqqer bunu bəyənir: