Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Trabzonspor”un hücumçusunun Azərbaycan millisində oynamasına icazə verildi – FIFA-nın qərarı

Türkiyə nəhəngi “Trabzonspor”un əsas simalarından birinə çevrilməkdə olan hücumçu Ramil Şeydayevin Azərbaycan millisində çıxışına rəsmən icazə verilib.

Moderator.az AFFA-ya istinadən xəbər verir ki, Rusiyada böyüyən və oranın gənclər yığmasında top qovan Şeydayev FIFA-nın rəsmi qərarına əsasən Azərbaycan millisində oynaya biləcək.

Qərarda deyilir:

  1. AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
  2. Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Ən yaxşı” futbolçu adına 3 namizəd – Messi yoxdur

%d bloqqer bunu bəyənir: