TQDK-nın yeni binasının tikintisi dayandırılıb

Bu il qəzalı vəziyyətdə olduğu müəyyənləşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Akademik Həsən Əliyev, 17 ünvanında yerləşən inzibati binasının yenidən tikilməsi ilə bağlı qərar verilib.

TQDK-nın sifarişi ilə 9 mərtəbəli inzibati binanın tikintisinə bu ilin iyunun 1-dən start verilib. “Sosial-İnkişaf Layihə” MMC-nin  layihəsi əsasında 40 metr hündürlüyündə inzibati binanın tikilməsi nəzərdə tutulub.
Ərazidə olan əməkdaşımız tikinti işinin aparılmadığının, hasarlı ərazinin qapısının bağlı olduğunun şahidi olub. Məlumat lövhəsində bildirilir ki,  tikinti işləri 01.12.2017-ci il tarixində tamamlanmalıdır.
Məsələ ilə bağlı olaraq TQDK-dan şərh almaq mümkün olmayıb.  
Adıçəkilən qurumun 2014-cü ildə açıqladığı məlumata görə, TQDK səlahiyyətlərinin artırılması, bununla əlaqədar görülən işlərin həcminin, eləcə də Komissiya əməkdaşlarının sayının artması ilə nəticələnib. Bundan başqa, Komissiya tərəfindən həyata keçirilən texnoloji işlərin daha operativ görülməsi, keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə yeni texnologiyaların tətbiqinə, müasir avadanlıqlardan istifadə olunmasına zərurət yaranıb.
Müvafiq dövlət qurumları tərəfindən TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub.

 

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

“Oksigen” klinikası 2 yaşlı körpəni öldürdü

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: