Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

TQDK-nın ləğvinin arxasında dayanan gizlinlər

Nurəddin Məmmədli: [blockquote style=”2″]Təşkilatların adlarının dəyişdirilməsi, ləğv edilməsi və yenilərinin yaradılması görüntü xatirinə atılan addımlardır[/blockquote]

Aprelin 11-də ölkə başçısı Ilham Əliyev Dövlət Imtahan Mərkəzinin yaradılması haqqında fərman imzaladı. Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsi bu mərkəzə həvalə olunur. Dövlət Imtahan Mərkəzinin idarə etmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır.

Bu fərmandan sonra Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrəÿKomissiyası vəÿ TələbəÿQəbulu üzrə Dövlət Komissiyası ləğv edildi.

Amma TQDK-nın ləğvi bu qurumla bağlı problemləri həll edəcəkmi? Təhsil nazirinin dəyişdirilməsinin fonunda biz bunun şahidi olduq. Bu dəyişiklikdən sonra təhsildəki problemlərin heç biri həllini tapmadı.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, təhsildə mövcud olan problemlərin hamısı sistemin idarəçilik mexanizimindən qaynaqlanır. N.Məmmədlinin sözlərinə görə, bu və ya digər dövlət strukturunu ləğv etmək və ya ona başqa ad verməklə oradakı problemləri həll etmək olmaz. Çünki bu gün Azərbaycanda idarəçilik sisteminin toxunulmaz elan edilən yeganə prinsipi rüşvətxorluq və korrupsiyadır. Yəni hansı addımı atsalar da, bu bir neçə şəxsin istəklərinə cavab verir: “Əslində, təşkilatların adlarının dəyişdirilməsi, ləğv edilməsi və yenilərinin yaradılması görüntü xatirinə atılan addımlardır. Ən yaxşı halda bu cür ixtisarlar dövlət büdcəsindən ayrılan vəsaitlərin azaldılmasına xidmət edir. Çünki neftin qiymətinin aşağı düşməsi büdcədə problemlər yaradır. Konkret olaraq TQDK-ya gəlincə, bu yeganə dövlət strukturu idi ki, orada rüşvət geniş şəkildə yayılmamışdı. Bundan bəhrələnən, müəyyən miqdarda yararlanan kasıb uşaqları da ali məktəblərə daxil olurdu. Bu komitənin ləğv edilməsi həmin qurumun da rüşvət sistemində oturdulmasına yönəldiləcək. Xüsusilə əgər söhbət prezidentin təyin etdiyi bir qrup adamdan gedirsə, inanmıram ki, onlar yeni yaranacaq qurumda şəffaflığı təmin etsinlər. Bununla da rüşvət orda da bərqərar olunacaq. Bu çox təhlükəli addımdır. Bunun islahatlarla heç bir əlaqəsi yoxdur. Istənilən ölkədə islahatlar vasitəsilə hüquqi müstəvidə münasibətlər qurmaq üçün birinci növbədə hakimiyyətin iradəsi lazımdır”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qarabağdakı “dördgünlük müharibə” barədə – ŞOK İDDİA

%d bloqqer bunu bəyənir: