Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı

24saat.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri – 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.
Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə cinayəti törətdiyi bildirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

%d bloqqer bunu bəyənir: