Toy karvanında özbaşınalıq — Maşını tərsinə sürdü

Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücünün videosu yayılıb.

 
24saat.org Avtosfer.az-a istinadən məlumatına görə, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyevprospektinə çıxan körpüdə baş verdiyi bildirilir.
 
Toy karvanında olan “Porsche” markalı avtomobilin yolun əksi istiqamətində hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. “Avtoşluq” edən sürücünü kameraya çəkən yaxını onu “Zadni Rəhman” kimi təqdim edib.
 
Bu qayda pozuntusuna görə sürücü barəsində 60 manat – 3 ballıq cərimə tətbiq oluna bilər.

 

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

"Şalvarımı soyundurub çəkdilər…"

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: