Now Reading:
Tovuzda qəbiristanlıq avtodayanacağa çevrilib
Full Article 1 minutes read

Tovuzda qəbiristanlıq avtodayanacağa çevrilib



Qənbər Novruzov təxminən bir il əvvəl anasını torpağa tapşırıb.

24saat.org ARB TV-yə istinadən xəbər verir ki, o, tez-tez doğmasının ziyarətinə, ruhuna dua etməyə gəlir.

Hər gəlişində gördüyü mənzərə onu təəccübləndirir. Bəzən də əsəbiləşdirir: “Gətirib bura su tökürəm ziyarət edəndə. Gülləri sulayıram. Bura gəlmək üçün də gedib maşını o tərəfdə – “kruq”da saxlayıram. Borcumdur gəlmək. Amma bura dayanacaq deyil. Elədirsə yazıb vurun ki, dayanacaqdı”.

Gec-tez hamımız gözümüzü əbədi yumacağıq. Amma deyəsən, əcəli

Xoşagəlməz hadisə ilə üzləşən təkcə Qənbər deyil. Məzarlığı ziyarətə gələn digər sakinlər də eyni hallarla üz-üzə qalırlar. Əzizlərinin qəbrini görməyə gələn digər ziyarətçilər, mənəvi dinclik tapmaq əvəzinə qanıqara, narahat vəziyyətdə məkanı tərk edirlər: “Dağıstandan qonaq gəlmişəm ki, ata-anamın məzarını ziyarət edim. Gəlmişəm, zir-zibil dolu… Qəbiristanda taksilər dayanıb. İt yatır. Millət öz ölüsünə hörmət qoymur. Elə deyiblər “bir yerə tullayaq qurtardı getdi””.

Televiziya əməkdaşları şəhər bələdiyyəsinin rəsmisi Firdovsi Fəttahovla elə məzarlıqda görüşüblər. O, məkana darvazanın qoyulduğunu, dələduzların isə qıfılı qırdığını bildirib. Çarə dirəklərə zəncir bağlatdırmaqda görülsə də, faydası olmayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: