Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tovuz sakinindən qeyri-adi ixtira – Video

30 saniyədə dünyanın heç bir yerində rastlanmayan musiqi aləti hazırladı.

Region TV xəbər verir ki, barmaq boyda olan yeni ixtiranı Tovuz rayon Hacıhəsənli kənd sakini Süleyman Hüseynov hazırlayıb.

Özü balaca olsa da, ölçüsündən dəfələrlə böyük səs çıxarır.

Ölçüsü 5-7 sm, çəkisi 10 qram olan bu nəfəs alətini Tovuz rayon Hacıhəsənli kənd sakini Süleyman Hüseynov düzəldib.

O, hazırlanma qaydasını yuxuda görüb və onu ərsəyə gətirmək üçün 30 saniyə vaxt sərf edib: “Allah vergisi kimi, bunu öz beynimdən meşədə “keçi ağacı” deyilən bir ağac var ondan 4 künc kəsdim və düzəltdim”.

Süleyman Hüseynov hazırladığı alətə “Qamış” adı verib. Deyir ki, bu onun çörək ağacıdır. Süleyman Hüseynov sənət yoldaşı Qulu Əsədovla birlikdə istirahət zonalarına gedir və müxtəlif musiqiləri ifa edib pul qazanırlar. İxtiraçı növbəti işindən də söz açıb. Dediyinə görə, yeni musiqi aləti düzəltməyi düşünür. Yeni əl işindən fleyta və simli alətlərin də səsini ala biləcəyini iddia edir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xəstəlikdən əziyyət çəkən aktyor: “10 gündən sonra yenidən müayinəyə gedəcəm”

%d bloqqer bunu bəyənir: