Advertisements
24 saat

Tovuz rayonunda avtomobil piyadanı vurdu


Tovuzda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Tovuz-Əlibəyli avtomobil yolunda qeydə alınıb.

Naməlum avtomobil Əlibəyli kənd sakini Zirəddin Abdıyevi vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Piyadanın vəziyyətinin kafi olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsi hadisəni törədəni axtarır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: