Tovuz DYP rəisi işdən çıxarılması barədə məlumatı təkzib etdi


Tovuz rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Misir Quliyev vəzifəsindən azad edilməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

M.Quliyev Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və o hazırda həmin vəzifədə xidmətini davam etdirir:

“Mən də bu barədə məlumat aldım və Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Nazirlikdən bildirdilər ki, bu barədə nazirin heç bir əmri yoxdur. Məlumatı kimin yaydığını bilmirəm. Biz xidmətçiyik, cənab nazir təyin edib, məsləhət biləndə vəzifədən azad edə bilər. Amma onu deyə bilərəm ki, hələlik bu barədə mənə heç bir göstəriş verilməyib”.

Xatırladaq ki, bu gün Tovuz rayon Dövlət Yol Polisi şöbəsinin rəisi M.Quliyevin vəzifəsindən azad edilməsi barədə məlumatlar yayılıb.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Sumqayıtda hovuzda boğulan qız – FOTO

%d bloqqer bunu bəyənir: