Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Tour d’Azerbaidjan” velosiped turu ilə əlaqədar bağlanacaq yollar – SİYAHI

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar olaraq, ölkə ərazisində avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Musavat.com-a verilən məlumata görə, mayın 5-də saat 09:30-dan 15:30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində olan avtomobil yolu bağlanacaq.

Bununla yanaşı, mayın 6-da saat 09:30-dan 15:00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 7-də saat 09:30-dan 13:30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zuğulba – Buzovna – Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçərişəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – Hüseyn Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Lester” milyonlar qazandı

%d bloqqer bunu bəyənir: