Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tour d’Azerbaidjan-2016” start götürdü

Bakıda “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.

Velosiped turu 5 mərhələdən ibarətdir. “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

Qeyd edək ki, “Tour d’Azerbaidjan-2016” yarışında 19 ölkədən 21 komanda iştirak edir. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı – Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı – İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ – Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Luka Toni karyerasına son qoydu

%d bloqqer bunu bəyənir: