Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Torpağı əkməməyin cəriməsi kəskin ağırlaşdı

Parlament mayın 6-da Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə edib.

Parlamentin saytında açıqlanan layihədə damazlıq heyvanların, toxumların, mineral gübrələrin, laboratoriya avadanlıqlarının, idxalı və satışından aprelin 1-dən başlayaraq əlavə dəyər vergisinin tutulmaması əksini tapıb.

Bu siyahıya, habelə kənd təsərrüfatı təyinatlı suvarma qurğuları, maşın və  avadanlıqlar daxildir

Daha bir dəyişiklik kənd təsərrüfatı torpaqlarından üzrlü səbəb olmadan təyinatına uyğun istifadə edilməməsinə görə, vergi məbləğinin artırılmasıdır. Bununla bağlı məcəlləyə 206.1-1-ci maddə əlavə edilir. Həmin maddəyə görə, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi  hər 100 kvadratmetrinə görə 10 manat (1 hektar torpaq sahəsinə görə, 1000 manat) müəyyən edilir. Torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin  vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəniləcək.

Parlament dəyişiklikləri qəbul edib.

Vergilər Məcəlləsinin hazırda qüvvədə olan mətnində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 0,06 manat müəyyən edilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Beynəlxalq Bankın Mingəçevir filialında “MTN İZİ”

%d bloqqer bunu bəyənir: