Now Reading:
Tornado 51 can aldı
Full Article 40 second read

Tornado 51 can aldı



Yerli hökumət xəstəxanaları çox saylı yaralılar üçün hazır vəziyyətə gətirib.
Çinin Jianqsu əyalətində Tornado 51 nəfərin həyatına son qoyub. ANS PRESS-in məlumatına görə, Lianşui ətrafında gün ərzində 102 mm yağıntı düşüb.

Yanqçenq şəhərində küləyin sürəti saniyədə 34.6 metrə çatıb. Yerli hökumət xəstəxanaları çox saylı yaralılar üçün hazır vəziyyətə gətirib. Təbii fəalakət onlarla tikilini tamamilə yararsız vəziyyətə salıb.

Sosial şəbəkələrdə aşmış ağacların, zədələnmiş elektrik ötürücü xətlərinin və çevrilmiş avtomobillərin çoxsaylı təsvirləri yayılıb.

Jianqsu Çinin ən çox əhalinin məskunlaşdığı bölgəsi olduğundan hakimiyyət ölənlərin sayının artacağından narahatdır.

Ötən həftə Çində baş vermiş güclü leysan səbəbindən 13 nəfər ölüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: