“Toppuş” ləqəbli kişi Cəlilabadda mağaza sahibini qətlə yetirib


Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünən baş vermiş bıçaqlanma hadisəsi zamanı 44 yaşlı mağaza sahibi Paşayev Rəfael Zöhrab oğlu aldığı çoxsaylı bıçaq xəsrətlərindən dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, qətli törətmiş kənd sakini “Toppuş” ləqəbli Qüdrət Rüstəmov artıq polis tərəfindən saxlanılıb.

Rəfael Paşayevlə onu qətlə yetirən şəxs arasında xeyli müddət imiş ki, münaqişə yaşanırmış. Belə ki, ona məxsus olan mağazanın evinin yaxınlığında щlması Qüdrətə heç cür rahatlıq vermirmiş. O, dəfələrlə mağazaya gələrək dava-dalaş salıb, dükanın bağlanmasını tələb edirmiş.

Dünən isə yenə mağazaya gələn Qüdrət Rəfaelə kürəyindən bir neçə bıçaq xəsarəti yetirib. Mağaza sahibi dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Tarqovuda 2 qısa şortikli və göbəyiaçıq qızı “zorladılar” – Video

%d bloqqer bunu bəyənir: