Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tokio-Seul təyyarəsində yanğın baş verib

Dünən axşam Yaponiyanın paytaxtı Tokio şəhərindəki Haneda hava limanında Koreyanın “Korean Air” aviaşirkətinə məxsus, Tokio-Seul reysini həyata keçirməyə hazırlaşan “Boeing-777” təyyarəsində yanğın hadisəsi baş verib.

Virtualaz.org Yaponiyanın NHK televiziyasına istinadən xəbər verir ki, təyyarə uçuş-eniş zolağına çıxdığı an hava gəmisinin qanadında tüstülənmə başlayıb. Təyyarənin göyərtəsində olan 319 sərnişin təcili olaraq təyyarədən xüsusi hava doldurulmuş traplar vasitəsilə təxliyyə ediliblər.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Azərbaycanda yüksək vəzifəli şəxs parkda dünyasını dəyişdi

%d bloqqer bunu bəyənir: