Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Toğrul dedi ki, gözlərim qaralmışdı, görmürdüm”

“Toğrul Əsgərov olimpiadaya tam hazır idi. Amma özü ilə görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşduq, dedi ki, final görüşündə birinci andan toqquşma oldu”.

Bunu gənclər və idman naziri Azad Rəhimov “Rio-2016″da Azərbaycan idmançılarının çıxışlarını olimpiadaya ezam olunmuş jurnalistlərə müsahibəsində dəyərləndirərkən bildirib.

Nazir Rusiyalı güləşçi olimpiadada sərbəst güləşçilərin 65 kq çəki dərəcəsində final görüşləri zamanı rusiyalı Soslan Ramonovun başla ya qəsdən, ya da təsadüfən hərəkət edərək, olimpiya çempionu Toğrulu Əsgərovu ciddi zədələdiyini söyləyib:

“Toğrul deyirdi ki, gözlərim qaralmışdı, görmürdüm. Nəticədə 0:11 hesablı məğlubiyyət oldu. Düzdür, belə məğlubiyyət idmançıya yaraşmır. Amma səbəbi özü ilə görüşəndən sonra məlum oldu. Elə hərəkət də idmançıya yaraşmır. Amma bunun səbəbi var. Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir”.

Qeyd edək ki, Toğrul Əsgərov “Rio-2016″nı gümüş medalla başa vurub.

Report

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ən güclü azərbaycanlı və erməni döyüşçü üz-üzə

%d bloqqer bunu bəyənir: