Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tofiq Zülfüqarov: “Ermənistan 22 ildir vaxtı uzadır” – MÜSAHİBƏ

Sabiq xarici işlər naziri, Azərbaycanın ən təcrübəli diplomatlarından olan Tofiq Zülfüqarovun 24saat.org saytına verdiyi müsahibəni təqdim edirik.

– Vyanda prezidentlərin iştirakı ilə görüş keçirildi. Son danışıqlar prosesini necə qiymətləndirirsiniz?

– Maraqlı bir mərhələdir. Azərbaycan tərəfinin bəyanatlar verməyə meylli olmaması onu deməyə əsas verir ki, əsas iş ermənilərlə aparılır. Bu baxımdan danışıqların davam etdirilməsi qərara alınıb və bir aydan sonra danışıqlar prosesi davam edəcək. Fikrimcə, bu müddət Ermənistana verilib ki, öz daxilində ictimai rəyi hansısa qərarlara hazırlasın. Prosesi ciddi formada izləyən şəxslər başa düşəcək ki, kamera və digər bu kimi addımlarla məsələ həll edilməyəcək. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin səylərinin əsas istiqaməti ona yönəlib ki, işğal edilən ərazilər geri qaytarılsın, məcburi köçkünlər öz doğma evlərinə qayıtsın, ölkənin ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın məqsədlərini hamı başa düşür. Prezident Sarkisiyanın Vyanadan qayıdarkən gülməli bəyanat verməsi də diqqətdən yayınmadı. Şübhəsiz ki, təmas xəttində kameraların və digər cihazların yerləşdirilməsi ilə hərbi məsələlərin həll ediləcəyi bəyanatı çox gülməlidir. Mən bir daha o fikrimə qayıdıram ki, vaxt Sarkisiyana verilib ki, öz ictimaiyyətini və ya rəhbərliyi hansısa yeni qərarlara hazırlasın.

– Vyanada razılaşma hansı məqamlarla bağlı ola bilər?

– Burada heç bir sirr yoxdur. Münaqişə tərəfinin məqsədləri var. Azərbaycan tərəfinin məqsədi ərazi bütövlüyünü təmin etmək, işğal edilən əraziləri geri qaytarmaq, qaçqınları evlərinə qaytarmaqdan ibarətdir. Ermənistanın bir məqsədi var. Onlar 22 ildir vaxtı uzadır və imkan vermirdi ki, qaçqınlar evlərinə qayıtsın. Ancaq indi vəziyyət tam dəyişib. Xüsusilə, aprelin əvvəllərində baş verən hərbi addımlardan sonra. Azərbaycan gücünü, müasir silahlarla arsenalının zəngin olduğunu, müasir ordu qurduğunu göstərib. Demək olar ki, Ermənistan aprelin əvvəlində Azərbaycan tərəfinin addımları qarşısında dayana bilmədi. Digər tərəfdən, ən böyük amil ondan ibarətdir ki, 10 milyonluq ölkənin potensialı, büdcəsi, daxili məhsulu Ermənistandan qat-qat böyükdür. Aydındır ki, Ermənistanda 2 milyon insan qalıb. Bu onu deməyə əsas verir ki, Ermənistan Azərbaycana qarşı tab gətirə bilməz. Bu həqiqət həmsədrlər başda olmaqla hər kəsə bəllidir. İndiki mərhələdə Ermənistan tərəfi əsas məsələni arxa plana çəkmək, ikinci dərəcəli məsələləri önə çıxarmaqdır. Gah deyirlər təmas xəttində kamera quraşdıraq, gah deyir Kaspirşik missiyasının mandatını genişləndirmək lazımdır. Ancaq anlamırlar ki, əsas məsələ işğal edilən ərazilərin geri qaytarılmasıdır. Bu həll edilməyəcəksə, kameralar Azərbaycan ordusunun və xalqının iradəsinin qarşısını saxlaya bilməyəcək. Digər tərəfdən, Azərbaycan başa düşür ki, Vyana görüşündən sonra erməni tərəfinə danışıqlarda daha irəli getmək məqsədilə vaxt verilib. Mənim təəssüratım bundan ibarətdir.

– Kasprişikin missiyasını genişləndirməsi, habelə təmas xəttində xüsusi kamera və cihazların quraşdırılması atəşkəs rejimini möhkəmləndirə bilərmi?

– Bilirsinizmi, Anje Kaspirşikdən başqa, onun missiyasında mütəxəssislər var. 1996-cı ildə Vyanada yüksək səviyyəli planlaşdırma qrupu haqda qərar verilib. Kaspirşikin missiyasında olan hərbçilər vaxtı ilə konsepsiya yaradıblar, sülhməramlı əməliyyatların təşkili, tərtibatı işlərini yüksək səviyyədə bilirlər. İndi bu mütəxəssislər təmas xəttində olurlar. Erməni qüvvələrin işğal edilən torpaqlardan çəkilməsi məsələsi, əraziyə nəzarət, yerləşdirmə və s kimi məsələlərlə bağlı Kaspirşikin missiyasında olan mütəxəssislərin ümumi təcrübəsi, hansısa iş modeli var. Ancaq söhbət ondan gedir ki, bütün bunlar Ermənistanın işğal etdiyi ərazilərdən nə zaman çəkilməsi ilə bilavasitə bağlıdır. Yəni bu olmasa, digər işlər də olmayacaq. Demək istəyirəm ki, bu missiyasının çərçivəsində həm icraçı sədrin şəxsi nümayəndəsinin nəzarəti, digəri isə atəşkəs rejiminə nəzarət və hərbi məsələlərə dair məsələlər səlahiyyəti çərçivəsindədir. Yəni bu təzə bir şey deyil. Sadəcə ermənilər deyirlər ki, təmas xəttində kameralar, digər cihazlar olsa Azərbaycan işğal edilən əraziləri azad etmək imkanından mərhum olacaq. Bu gülməlidir. Ümumiyyətlə Ermənistan tərəfindən dəfələrlə gülməli bəyanatlar səslənir və bu birinci hal deyil. Məsələn, Ermənistan baş naziri bəyanat vermişdi ki, bizdə atom silahı var. Birincisi, Ermənistanda üç nəfər düşünsə ki, gəlin atom silahı yaradaq, bu zaman dördüncü şəxs Rusiya və digər super gücə bağlı adam olacaq. Beləcə baş nazirə xəbər çatmazdan əvvəl bu xəbər super dövlətlərə çatacaq. Sadəlöhv bəyanatlar qeyri-ciddiliyin əlamətidir. İndi də Sarkisiyanın sonuncu bəyanatı qeyri ciddi məna daşıyır. Özünüz görürsünüz ki, fikrin özü səviyyəsizdir.

– Siz danışıqlar prosesinə optimist yanaşırsınız və hesab edirsiniz ki, diplomatik təmaslar problemin həllinə gətirəcək?

– Mən prosesə realist kimi baxıram. Müşahidəmə görə, erməni tərəfi Vyana danışıqlarına hazırlıqsız gəlib, Vyanada onların əsas suallara cavabı olmayıb. Bu suallara cavabları olmadığı üçün onlara bir ay vaxt veriblər. Bir aydan sonra Ermənistan tərəfi hazırlıqlı olsa, danışıqlar baş tutacaq. Yox əgər yenidən oyun oynamağa başlasa, Azərbaycan tərəfinin buna marağı və həvəsi olmayacaq. Bu prosesdə yenilik nədən ibarətdir-əsas budur. Yeni amil budur ki, ordumuz və dövlətimiz öz gücünü göstərib. Sarkisiyanda məcbur olub deyib ki, Azərbaycan tərəfi 800 hektar ərazini işğaldan azad edib. Mənim fikrimcə, Sarkisiyanın son müsahibəsi 3-4 maraqlı məqamı aydınlaşdırıb. Onun əsasında mən sələndirdiyim qənaətlərə gəlmişəm. Odur ki, məni optimist deyil, realist kimi qəbul edin.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Oyal” sahibkarlara hücum edir – ŞİKAYƏT

%d bloqqer bunu bəyənir: