24 saat

Tikintiyə icazə yeni qaydalarla veriləcək


Parlamentin noyabrın 11-də layihəni müzakirə edəcəyi gözlənilir

Azərbaycanda tikintiyə icazə yeni qaydalarla verilə bilər.

Trend-in Milli Məclisə istinadən xəbərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif edilir.

Məcəllənin 85-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, tikintiyə icazə verilməsində yaşıllıqların mühafizəsi ilə bağlı yeni tələb müəyyən edilir. Yeni tələbdə yaşıllıqların mühafizəsi məcburi xarakter daşıyır.

Yeni qaydaya əsasən, tikintiyə icazə alan zaman ərazidə olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrasında götürülən yaşıllıqların miqdarı, tərkibi və bərpa dəyəri haqqında məlumatlar da tikinti layihəsinə daxil edilməlidir.

Məcəllənin qüvvədə olan həmin maddəsində isə bu tələb nəzərdə tutulmurdu.

Parlamentin noyabrın 11-də layihəni müzakirə edəcəyi gözlənilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: