24 saat

Tikinti şirkətindən 80 min apardılar – Gəncədə


Gəncə şəhərində maskalı şəxslər tikinti şirkətlərindən brinə basqın ediblər.

Hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən ofisdə baş verib.

Belə ki, naməlum şəxslər gözətçini döyüb və ofisdə içərisində 80 min manat olan seyfi oğurlayıblar. İlkin məlumatlara görə, soyuğunçuların iki nəfər olduğu bildirilir.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, ötən axşam baş verən soyğunçuluq hadisəsi ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: