Now Reading:
Tikinti obyektləri ilə bağlı yeni tələblər
Full Article 30 second read

Tikinti obyektləri ilə bağlı yeni tələblər



Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir.

Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən maddəyə əsasən, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazilərdəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Dəyişiklik Milli Məclisin noyabrın 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

(Trend)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: