Loading...
Loading...

Theresa May: Britaniyanın yeni baş naziri kimdir? – VİDEO

Çərşənbə axşamı Theresa May Britaniyanın yeni baş naziri vəzifəsinə gəlir.

David Cameron çərşənbə günü istefası ilə bağlı Kraliçaya müraciət edəndən sonra Theresa May rəsmən onun yerinə gələcək.

May Britaniyanın Avropa İttifaqından çıxmasının – Brexitin əleyhinə idi amma o təkrarən deyib ki, “Brexit – Brexit deməkdir. Kampaniya mübarizə apardı, səsvermə keçirildi, seçici fəallığı yüksək idi və xalq seçimini bildirdi. Aİ-də qalmağa, arxa qapıdan girməyə və ya ikinci referendum keçirməyə heç bir cəhd göstərilməməlidir”.

BBC siyasi redaktoru Laura Kuenssberg bildirib ki, xanım May-i Aİ ilə danışıqlar, miqrasiyaya nəzarət və iqtisadiyyatı tənzimləmə kimi çətinliklər gözləyir.

HAQQINDA

Doğum tarixi: 1 oktyabr 1956

Vəzifəsi: Daxili işlər naziri

Təhsili: Əsasən dövlət məktəbində təhsil alıb (Wheatley Park Comprehensive School), bir müddət isə Oxford şəhərindəki St Hugh’s College adlanan müstəqil məktəbə gedib

Ailəsi: Evlidir

Partiyasının gələcəyi haqqında: “Sadəcə partiyamızın vətən üçün borcudur ki, bütün ölkənin maraqlarını qoruyaraq [ölkəni] idarə edək və birləşdirək. Ölkəmiz haqqında qoçaq, yeni və müsbət nəzəriyyə lazımdır – bu ölkə təkcə bir neçə imtiyazlı şəxs üçün deyil, hər birimiz üçün olmalıdır”.

Theresa May deyir ki, adamlar “Brexit Baş naziri”ndən artıq nəsə istəyir və vəd edib ki, partiya daxilində Çıxmaq və Qalmaq istəyən fraksiyaları birləşdirəcək.

Brexit haqqında nə düşünür?: May Britaniyanın Avropa İttifaqından çıxmasının – Brexitin əleyhinə idi amma o təkrarən deyib ki, “Brexit – Brexit deməkdir. Kampaniya mübarizə apardı, səsvermə keçirildi, seçici fəallığı yüksək idi və xalq seçimini bildirdi. Aİ-də qalmağa, arxa qapıdan girməyə və ya ikinci referendum keçirməyə heç bir cəhd göstərilməməlidir”.

Theresa May həmçinin deyib ki, 2020-ci ilə qədər erkən seçkilər keçirilməməlidir və “fövqəladə” Brexit büdcəsinə gərək yoxdur.

“50-ci maddə” prosesi barədə planları: Theresa May Birləşmiş Krallığın Aİ-dən çıxmasını başlayacaq Aİ qanunvericiliyinin 50-ci maddəsini 2016-cı ilin sonunda tətbiq etmək niyyətindədir.

Sərbəst hərəkət barədə siyasəti: “Britaniya şirkətlərinə birgə bazarla mal və xidmət alveri etməyə imkan vermək, eyni zamanda Avropadan bura gələn adamların sayı üzrə daha çox nəzarətə malik olmaq, prioritet olmalıdır”.

O deyib ki, Birləşmiş Krallıqda yaşayan Aİ vətəndaşlarının statusu, qarşıda duran Brexit danışıqlarının bir parçası olacaq. Lakin Theresa May onların ölkədə qala biləcəyinə qarantiya verməkdən imtina edib.

Mətbuat nə deyir: “Elitar … reputasiyasından canını qurtara bilməyən bir partiyada May fərqli bir siyasətçinin nümunəsidir: həddən artıq temperamentli məktəbli oğlanlarla dolu otaqda sakit bir direktor. O, özünü bir az kənarda saxlayır… onun sərt mövqeyinə görə tənqidçiləri çoxdur. Bəziləri iddia edirlər ki, siyasi ikiüzlüklə əllərini çirkləndirmək istəməsə də o, komandasına rəqibləri haqqında amansız brifinqlər buraxmaq göstərişləri verir” – The Guardian

Siyasi profil

Theresa May Britaniya tarixində ən uzun müddət xidmət göstərən Daxili İşlər naziridir. Onun gələcək partiya lideri olacağı barədə gözləntilər çoxdan mövcuddur.

Image copyrightGETTY

Mühafizəkarların “müasirləşdirilməsinin” erkən tərəfdarlarından biri olan qadın həm Westminsterin ən sərt işçisi kimi, həm də ekzotik ayaqqabı seçiminə görə ad qazanıb.

Onun siyasi dəyəri 2013-cü ildə, onun sələflərinin bacarmadığını edəndə qalxdı: Theresa May radikal ruhani Əbu Qatadanı deportasiya edə bildi.

Amma hökumət təmiz miqrasiyanı 100 000-dən aşağı saxlamaq vədini yerinə yetirə bilmədiyi üçün onu tənqid edənlər çoxdur.

İlk dəfə 1997-ci ildə Maidenhead üçün millət vəkili seçiləndən sonra xanım May 1997-ci ildə kölgə kabinetində kölgə təhsil naziri vəzifəsini tutub. 2002-ci ildə o, partiyasının ilk qadın sədri olub.

Həmin il o, Mühafizəkarlar partiyasının konfransında deyib ki, çoxu bu partiyanı “amansız partiya” hesab edir: bu sözləri heç də hamı sakit qəbul etməyib. Bəziləri indiyə qədər onu buna görə bağışlamayıb.

2010-cu ildə o, DİN başçısı vəzifəsinə gələrək ölkənin ən yüksək rütbəli qadın siyasətçisi olub. Theresa May Torilərin sıralarında daha çox qadınların olması üçün kampaniya aparır.

Parlamentə gəlməzdən əvvəl Theresa May ölkənin mərkəzi bankı olan İngiltərə Bankında işləyib, Ödəniş Klirinq Xidmətləri Birliyində Avropa Məsələləri Bölməsinin rəhbəri olub.

2013-cü ildə I tip diabet xəstəsi olduğunu açıqlayıb. O, Oxfordshire-də böyüyüb və tək övladdır. O, əri Philip ilə universitetdə tanış olub, onlar 1980-ci ildə evlənib. Theresa May universitetdə coğrafiya üzrə təhsil alıb.

bbc.com/azeri

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Məleykə Abbaszadə: İmtahan xərclərini hər bir şəxs özü ödəyəcək

Loading...
%d bloqqer bunu bəyənir: