Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

«The Washington Post» Xədicənin qələbəsindən yazır

«Həbsdə 537 gün keçirən, Azərbaycanda prezident ailəsinin korrupsiyasını ifşa etdiyinə görə təqib olunmuş jurnalist Xədicə İsmayılova gün işığına çıxan kimi heyrətləndirici bir açıqlama verdi: «Araşdırmalarımı davam etdirəcəyəm. «Panama Sənədləri» üzərində işləməyi səbirsizliklə gözləyirəm. Bu işi sevirəm»». ABŞ-ın «The Washington Post» qəzeti «Xədicə İsmayılovanın insan haqları qələbəsi» başlıqlı redaksiya məqaləsində yazır ki, bu hərəkəti ilə xanım İsmayılova azadlığın yenilməzliyini və gücünü göstərdi.

«Avtoritar rəhbərlər adamları azadlıqdan məhrum edə bilərlər, ancaq heç vaxt onu tamamilə ala bilməzlər. Televiziya və radio stansiyalar susdurula, qəzetlər bağlana, internet söndürülə, jurnalistlər həbsə atıla bilər. Amma bir fərdin cəsarəti və qətiyyəti məhv edilə bilməz. Xədicə İsmayılova oxşar hökmə məhkum edilmiş hər kəsə bir ümid qığılcımıdır», – məqalədə deyilir.

Xədicə onu da deyib ki, Azərbaycan hökuməti jurnalistləri qorxutmağa, onları yüksəksəviyyəli korrupsiya və proteksionizmin araşdırılmasından çəkindirməyə çalışıb, ancaq alınmayıb. Daha çox araşdırma meydana çıxıb. «Panama Sənədləri» Xədicənin araşdırmalarını bir daha sübuta yetirmiş olub, axı jurnalist prezident İlham Əliyev ailəsinin ofşor şirkətlərini, ölkənin qızıl yataqlarından payını üzə çıxarmışdı.

«The Washington Post» yada salır ki, İsmayılova ta əvvəldən gördüyü işin riskini gözə alıb, hökumətin şantajına boyun əyməyib, ABŞ prezidenti Barack Obama-ya həbsxanada mesaj göndərib ki, cənab Əliyevdən müstəqil medianın və vətəndaş cəmiyyətinin susdurulmasını dayandırmağı istəsin, ağ-fil layihələrinə xərclənən milyardlarla neft dollarının hesabını sorsun.

«Xədicə indi azadlıqda olsa da, bu suallar cavabsız qalır. Azərbaycan hökuməti onu və digərlərini buraxdı, amma rejim narazılara, tənqidə qarşı dözümsüzdür. İsmayılova ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/AzadlıqRadiosunun Bakı bürosunun açılmasına çağırıb. Büro 2014-cü ilin dekabrında, jurnalistin həbsindən sonra reydə məruz qalıb və bağlanıb».

«The Washington Post» redaksiya məqaləsini belə tamamlayır: «Cənab Əliyevin indi bəzi məhbusları azad etməsinin səbəbi bəlli deyil, lakin bunda beynəlxalq təzyiqin rolu az olmadı. İsmayılova haqlı buyurur ki, bu təzyiq aşkarda həyata keçirilməlidir. Tiranlar gün işığını sevmirlər. «İnsan haqları uğrunda mübarizə açıq və şəffaf olmalıdır. Bu barədə bağlı qapılar arxasında danışmamalıyıq», – Xədicə söyləyir».

(azadliq.org)

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Avropa Məhkəməsi Yunuslarla bağlı qərarını elan edəcək

%d bloqqer bunu bəyənir: